Əhəng Zavodunda istehsal prosesi modern avadanlıqlarla təchiz olunmuş, tamamilə avtomatik sistemlə işləyən mərkəzi idarəetmə otağından aparılır. Əhəng istehsalında istifadə olunan əhəngin tərkibinin saflıq dərəcəsi 99% təşkil edir ki, bu da dünyada istifadə edilən ən saf və keyfiyyətli əhəng hesab edilir. Naxçıvan Əhəng Zavodunda iki növ əhəng istehsal olunur: sönmüş və sönməmiş əhəng. Əhəng xam maddəsi karxanalardan gətirilərək qırıcılar vastəsilə ehtiyac olan ölçülərə əsasən qırıldıqdan sonra xam maddə çənlərinə yığılır. Daha sonra bu maddə dönən sobada 900-1000℃ temperaturda müntəzəm şəkildə kalsinasiya prosesindən keçir. Aparalan analizlər nəticəsində sübut edilmişdir ki, Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində istehsal olunan hər iki növ əhəng dünyanın ən keyfiyyətli göstəricilərinə malik əhənglərdəndir. Əhəng zavodunda istehsal edilən əhəngin istehsal həcmi illik 36.000 ton təşkil edir.
Sönməmiş əhəngdən metallurgiya, şəkər sənayəsi, inşaat materiallarının istehsalı(kərpiç və məsaməli beton və s.), ətraf mühitin qorunması, qruntun sabitləşdirilməsi və yaxşılaşdırılmasında istifadə olunur. Sönmüş əhəng isə sosial və mülki tikililərdə, binaların daxili və xarici səthlərində suvaq üçün, müxtəlif qatqılarda, həmçinin su xətlərinin təmizlənməsində və zibillərin yandırılmasında istifadə edilir.