Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Sönmüş Əhəng

  • Sönmüş Əhəng

Sönmüş əhəng – müəyyən fraksiyalı əhəng yandırıldıqdan, narın formaya çevirildikdən sonra su vasitəsi ilə söndürməklə əldə olunur. Xarici görünüşə görə sönmüş əhəng ağ toz şəklində olur, əsasən kisələrə qablaşdırılır. ГОСТ 9179-77 standartına uyğundur.

Sosial və mülki tikililərdə binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində istifadə olunur.

Kənd təsərufatı sahəsində sönmüş əhəngdən torpaq və heyvandarlıq fermaları kimi yerlərin dezinfeksiyasında da geniş istifadə olunur.

Bir çox sahələrdə sönmüş əhəng su xəttlərinin təmizlənməsində və zibillərin yandırılmasında  istifadə edilir, buda ətraf mühütün korlanmasının qarşısını alır.

  • rahat hazırlanır və istifadə olunur;
  • təbii əhəng daşının bişirilməsindən əldə olunduğu üçün insan orqanizminə heç bir ziyanı yoxdur;
  • divarlar əhəng qarışığı ilə hörüldükdə və suvandıqda otaqlar nəfəs alır;
  • ekoloji baxımdan təmiz və faydalıdır.

Səthin hazırlanması. Səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, istifadə olunacaq səthlərdə nöqsan olarsa standartlara uyğun istehsal edilmiş təmir qarışığı ilə düzəldilməlidir.

Qarışığın hazırlanması. 1.Yağlı əhəng qarışığı: 7 kisə əhəngi və 200 litr suyu 1 m³ qum ilə qarışdırın və bir müddət gözləyin. 2. Müqavimətli qarışıq: 7 kisə əhəngi və 150 litr suyu 1 m³ qum ilə qarışdırın. 2 saatdan sonra 3-4 kisə sement və 80 litr su əlavə edərək yenidən qarışdırın. 3. Sulu əhəng qarışığı (kirəc məhlulu): 1 kisə əhəngi 150 litr su ilə qarışdırmaqla əhəng məhlulu hazırlayın.

Tətbiqi. Hazırlanmış I və II qarışıqlardan hörgü və suvaq işlərində, III qarışıqdan isə divar səthinə və tavana vərdənə və ya fırça ilə çəkməklə istifadə edin.

Tövsiyələr. Tətbiq olunacaq mühitin və səthin temperaturu minimum +5°C və maksimum +30°C olmalıdır. Qarışdırma işində istifadə olunacaq bidon, alət və avadanlıqlar hər zaman təmiz olmalı, istifadədən dərhal sonra su ilə yuyulub təmizlənməlidir. Çirkli qablar və alətlər qarışığın işlənmə müddətini qısaldır.