Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Sönməmiş Əhəng

  • Sönməmiş Əhəng

Sönməmiş əhəng – müəyyən fraksiyalı əhəngin yandırılmasından əldə olunur. Toz və ya kələ formada olur. ГОСТ 9179-77  standartına uyğundur.

  • Metallurgiya- təmizləyici komponent olaraq istifadə olunur.
  • Şəkər sənayəsi – diffuziya şirəsindən qeyri-şəkərin dəqiqləşdirilməsi və aradan qaldırılması prosesində önəmli bir rol oynayır.
  • İnşaat materiallarının istehsalı – silikat kərpiç, məsaməli beton, quru inşaat qatqılarının istehsalatında və s. yerlərdə istifadə olunur.
  • Ətraf mühitin qorunması – istehsalatda havaya çıxan zərərli maddələrin təmizlənməsində, kanalizasiya sularının təmizlənməsində, ətraf mühütün mühafizəsində istifadə edilir.
  • Yol inşaatı – Əhəng qruntun sabitləşdirilməsində və yaxşılaşdırılmasında istifadə olunur. Kalsium oksidin yüksək reaksiyaya girmə qabiliyyətinə görə əhəng suyu qruntdan kənarlaşdırır, beləliklə, sabitlik və şaxtaya davamlılıq artır. İnşaat əhəngi yol cəkilişinin bütün təbəqələrində istifadə olunur.
  • təbii əhəng daşının bişirilməsindən əldə olunduğu üçün insan orqanizminə heç bir ziyanı yoxdur;
  • ekoloji baxımdan təmiz və faydalıdır.