Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Kartonpier gipsi

  • Kartonpier gipsi

Təbii gips daşının lazımi temperaturda bişirilməsindən alınan yüksək keyfiyyətli, ekoloji təmiz, ağ rəngli incə gipsdir.
AZS 046-2000 standartına uyğundur.

Bu məhsuldan:
Lepka və paduqaların hazırlanmasında gips lövhələrin və arkəsmə gips tavalarının hazırlanmasında istifadə olunur

  • rahat hazırlanır və tətbiq olunur;
  • çatlamır;
  • möhkəmdir;
  • istiliyi və səsi izolyasiya edir;
  • temperatura davamlıdır və ekoloji cəhətdən təmizdir;
  • insan orqanizmi üçün zərərsizdir;
  • təbii gips parlaqlığına malikdir.

Səthin hazırlanması. Lepka (dekorativ gips məmulatı) və paduqaları yapıştırmazdan əvvəl divar və tavan səthlərin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Bundan sonra hamar və düzgün səthalmaq üçün Astar və Üzlükdən və ya standartlara uyğun digər bu tipli təmir məhsullarından divar, tavanın suvanmasında istifadə edilməlidir.

Qarışığın hazırlanması. 10 kq-lıq İnşaat gipsi məhsulunu 30 saniyə ərzində 6,5-7,0 litr suya hissə-hissə səpin və 2-3 dəqiqə ərzində xüsusi qarışdırıcı və ya əlaləti ilə qarışdırın.

Tətbiqi. Hazırlanmış İnşaat gipsi qarışığını dekorativ gips məmulatların (lepka və paduqa), arakəsmə gips tavaların və gips lövhələrin divara yapışdırılmasında, elektrik və su kanallarının doldurulmasında istifadə edə bilərsiniz. Hazırlanmış qarışığı 5-8 dəqiqə ərzində işlədin. İstifadə müddəti keçmiş qarışıqdan istifadə etməyin.

Tövsiyələr. Məhsulun istifadə olunduğu mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Qarışığın hazırlandığı bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Çirkli qab və alətlər qarışığın işləmə müddətini qısaldır. Avadanlıq və alətləri istifadədən dərhal sonra su ilə yuyub təmizləmək lazımdır.

  • Kartonpiyer gipsi istifadə olunan zaman suyun və qabların təmiz olmasına xüsusi diqqət edin;
  • Məhsula sudan başqa heç bir maddə qatmayın;

Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla, quru olan anbarlarda 3 ay saxlanıla bilər.

Yuxarıdakı göstəricilər +23°C   ±2°C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.