Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Dərz dolğu (Aralıq doldurma qarışığı)

  • Dərz dolğu (Aralıq doldurma qarışığı)

Təbii gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, çatlamalara qarşı müqaviməti artırılmış aralıq doldurma qarışığıdır. Məhsul AZS 046-2000  standartına da cavab verir.

  • Gipskarton lövhələrin birləşmə aralıqlarının doldurulmasında;
  • Lövhələrin səthində yaranan çatların və boşluqların doldurulmasında istifadə olunur.
  • Ekoloji cəhətdən sağlam qəbul olunmuş təbii gips daşından hazırlanır;
  • Qarışımının hazırlanması asan və sadədir, ustanı yormur;
  • Yüksək yapışma xüsusiyyətinə sahibdir;
  • Elastik və sağlamdır, çatlama riski yoxdur;

Səthin hazırlanması. Aralıq doldurma qarışığı istifadə olunmazdan əvvəl səth quru və təmiz olmalıdır, yapışmaya mane ola biləcək hər növ çirkdən yaxşıca təmizlənməlidir.

Qarışımın hazırlanması. 10 kq quru məhsulu 5,5-6,5 litr suya hissə-hissə səpin və 2-3 dəqiqə gözlədikdən sonra xüsusi qarışdırıcı və ya əl aləti ilə topa halda qalan hissələr yox olana qədər qarışdırmaq lazımdır. Qarışdırıcının zəif dövriyyəli olması məsləhət görülür.

Tətbiqi. Hazırlanan qarışığı üç mərhələdə tətbiq etmək lazımdır. I mərhəldə qarışıq gipskarton lövhələrin birləşmə yerlərinə ən az gipskarton lövhə aralıq bantı enində tətbiq olunur. Dərhal üzərinə gips karton lövhə aralıq bantı çəkilir, artıq hissələr mala və ya şpakel vasitəsilə götürülür və bərkiməsi üçün gözlədilir. II mərhələdə bantın üzərinə aralıq doldurma qarışığı bantın künclərindən kənara 5 sm daşacaq formada çəkilir və bərkiməsi üçün gözlədilir. III mərhələdə aralıq doldurma qarışığının üzəri hamarlaşdırılır və daha sonra lövhənin üzərində bəzək tamamlama işləri aparılır. Mərhələlər arasında ən az 24 saat keçməsi çatlama və qopmalara qarşı daha da etibarlıdır.

Tövsiyələr. Məhsulun istifadə olunacağı səthin və mühitin temperaturu minimum +5°C, maksimum +30°C olmalıdır. Əgər temperatur +5°C-dən aşağı və +30°C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. Yüksək hava cərəyanı olan mühitdə bu cərəyanın qarşısı alındıqdan sonra məhsul istifadə olunmalıdır. Aralıq doldurma qarışığı təlimatına uyğun istifadə olunduqdan sonra tədricən quruması üçün gözlənilir. Sürətli quruducu vasitələrdən istifadə olunmamalıdır. Tam quruduqdan sonra üzrəində boya, divar kağızı kimi bəzək işləri aparıla bilər. Palçıq hazırlanan qablar və avadanlıqlar təmiz olmalıdır. Palçığın hazırlanmasında istifadə olunan alət və avadanlıqlar hər istifadədən sonra mütləq su ilə yuyulub təmizlənməlidir. Bir öncəki qarışımın qalıntıları qalmamalıdır.

+5°C temperaturun altındaki səth və mühitdə istifadə olunması zamanı məhsulun sonradan qoparaq divardan tökülməsi müşahidə oluna bilər. Həmçinin yapışma zəyiflədiyi üçün aralıq doldurulan zaman axmalar yaranar. Bunun qarşısını almaq üçün qapı və pəncərə yerləri bağlanmalı və ehtiyac olarsa otağa qızdırıcı vasitələr quraşdırılmalıdır.

Məhsulun +30°C temperaturun üzərindəki səth və mühitdə istifadə olunması zamanı qarışığın bərkimə müddəti qısalar. Nəticədə işləmə müddəti də azalar. Səthdə tozlanma və çatlar əmələ gələr. Bu kimi hallarla qarşılaşmamaq üçün uyğun səth və mühit temperaturu təmin olunmalıdır.

Məhsulun yüksək hava cərəyanı olan mühitdə istifadəsi zamanı tərkibindəki suyu sürətlə itirdiyi üçün vaxtından əvvəl bərkimə və quruma halları yaranar. Nəticədə lövhələrin aralarında müqavimətsizlik, tozlanma və çatlamalar yaranar. Bunun qarşısnı almaq üçün cərəyan axını mütləq kəsilməlidir.

Alət və avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Təmiz olmayan alət və avadanlıqlar qarışığın bərkiməsini sürətləndirdiyi üçün işləmə müddətini qısaldır.

Çirkli və başqa qatqılar qatılmış sudan istifadə edilməməlidir. Bu zaman məhsulun istifadə müddəti azala bilər və ya həddindən çox uzana bilər.

Palçıq hazırlanan zaman aralıq doldurma gipsinin içərisinə başqa materiallar və ya başqa firma məhsullarından qarışdırmaq olmaz. İstehsal texnologiyası və qatqılar fərqli tərkibdə olduğu üçün ciddi fəsadlar törənə bilər.

Məhsulun tətbiq qaydalarına əməl olunmadığı təqdirdə sonradan tökülmə, çatlama və tozlanma kimi halların müşahidə olunması qaçınılmazdır. Məhsulun istifadəsi mütləq təlimat əsasında aparılmalıdır.

Aralıq doldurma qarışığının istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə qatqılarla zənginləşdirildiyi üçün uzun müddət dəri ilə təmasından qaçınmaq lazımdır. Bunun üçün qoruyucu əlcəklərdən istifadə olunmalıdır. Məhsulun gözə təmas etməsi zamanı bol su ilə yumaq lazımdır.

Paketlənmiş kisələrin döşəməyə toxunmaması şərti ilə, qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 6 ay saxlanıla bilər.

texniki-gostericiler

Yuxarıdakı göstəricilər +23°C   ±2°C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.