Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi

Astar suvaq gipsi məhsulu

  • Astar  suvaq gipsi məhsulu

Təbii gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlit əsaslı astar suvaq məhsuludur. Məhsul AZS 046-2000 standartına cavab verir.

Daxili məkanlarda məsaməli beton, tuğla, mişar daşı, kərpic, briket kimi materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində və beton divarlarda hamarlayıcı material kimi istifadə olunur.

  • Ekoloji cəhətdən sağlam qəbul olunmuş təbii gips daşından hazırlanır;
  • Divarlar nəfəs aldığı üçün münbit otaq şəraiti yaranır;
  • Qarışımının hazırlanması asan və sadədir;
  • Tətbiqi rahatdır və ustanı yormur;
  • Yüksək yapışma xüsusiyyətinə sahibdir;
  • Elastik və sağlamdır, çatlama riski yoxdur;
  • istilik və səs izolyasiya xüsusiyyətinə malikdir.

Səthin hazırlanması. Astar suvaq gipsi istifadə olunacaq səthin təmiz, sağlam və düzgün olması şərtdir. Astar suvaq gipsinin istifadəsinə başlamazdan əvvəl divarın ölçülərinin düzgün olmasına əmin olmaq lazımdır. Əgər divarda boşluqlar və ya çatlar varsa bunlar əvvəlcədən uyğun materiallarla təmir olunaraq doldurulmalıdır. Həmçinin səth üzərində yapışmaya mənfi təsir göstərə biləcək toz, çirk, yağ və parafin qalıqları varsa mütləq yuyularaq təmizlənməlidir. Toz qalıqları təmizləndikdən sonra divarı seyrəldilmiş binder yapışqanı ilə yumaq olar. Hətta havanın isti vaxtlarında divarların nəmləndirilməsi vacibdir. Lakin yuyulan və ya nəmləndirilən divarların öz səthindəki mayeni tamamilə sorması gözlənilməli və daha sonra suvaq işinə başlanılmalıdır.

Qarışımın hazırlanması. 10 kq-lıq quru astar suvaq gipsi 6,0-6,5 litr suya səpilir və gipsin suya tam qarışması üçün 3-4 dəqiqə gözlənilir. Daha sonra əl aləti və ya avtomatik qarışdırıcıdan istifadə olunaraq içərisindəki topa halda qalan hissələr tam qarışana qədər 1-2 dəqiqə ərzində palçıq qarışdırılır. İstifadə olunan avtomatik qarışdırıcı aşağı dövrdə işlədilməlidir. Sürətli qarışdırma donma vaxtını qısalda bilər. Palçıq hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin. Əks halda palçıqda topa halda kütlələr əmələ gələ bilər. İstifadə olunan su təmiz və otaq temperaturunda olmalıdır.

Tətbiqi. Hazırlanan qarışım sement və qum qarışığı ilə suvanmış səthə tək qatda ən az 5 mm ən çox 10 mm qalınlığında tətbiq olunmalıdır. Əgər ikinci qat çəkiləcəksə birinci qat donmadan (priz almadan) ikinci qat çəkilə bilər. Birinci qat qurudulmuşdursa ikinci qat çəkilmədən əvvəl birinci qatın səthinə astar toru(file) bərkidilməlidir. Əks halda ikinci qat birinci qatdan qoparaq tökülə bilər. Astar suvaq gipsinin tavanda bir qatdan, divarda isə iki qatdan artıq çəkilməməsi məsləhətdir. Divara çəkilmiş palçıq bərkiməyə başladıqdan sonra səthində artıq qalan sərtləşmiş qalıntılar təraşlanaraq təmizlənib son qat incə üzlük suvağı üçün hamarlaşdırılır.

Tövsiyələr. Məhsulun istifadə olunacağı səthin və mühitin temperaturu minimum +5ºC, maksimum +30ºC olmalıdır. Əgər temperatur +5ºC-dən aşağı və +30ºC-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. Yüksək hava cərəyanı olan mühitdə bu cərəyanın qarşısı alındıqdan sonra məhsul istifadə olunmalıdır. Astar suvaq gipsi təlimatına uyğun istifadə olunduqdan sonra quruması üçün gözlənilir. 24 saat sonra üzərinə son qat incə üzlük suvağı çəkilə bilər. Divara çəkilən suvaq otaq temperaturunda tədricən qurumalıdır. Sürətli quruduculardan istifadə olunmamalıdır. Əks halda tozlanma divar səthində yaranar. Qarışıq hazırlanan qablar və avadanlıqlar təmiz olmalıdır. Palçığın hazırlanmasında istifadə olunan alət və avadanlıqlar hər istifadədən sonra mütləq su ilə yuyulub təmizlənməlidir. Bir öncəki qarışımın qalıntıları qalmamalıdır.

  • +5ºC temperaturun altındaki səth və mühitdə istifadə olunması zamanı məhsulun sonradan qoparaq divardan tökülməsi müşahidə oluna bilər. Həmçinin yapışma zəyiflədiyi üçün divara çəkən zaman axmalar yaranar. Üzərinə çəkilən üzlük qarışığı da sonradan qoparaq tökülə bilər. Bunun qarşısını almaq üçün qapı və pəncərə yerləri bağlanmalı və ehtiyac olarsa otağa qızdırıcı vasitələr quraşdırılmalıdır.
  • Məhsulun +30ºC temperaturun üzərindəki səth və mühitdə istifadə olunması zamanı çəkilən suvağın bərkimə müddəti qısalar. Nəticədə işləmə müddəti də azalar. Səthdə tozlanma və çatlar əmələ gələr. Üzərinə çəkilən üzlük suvaq gipsinin səthində də çatlar yaranar və sonradan qoparaq tökülə bilər. Bu kimi hallarla qarşılaşmamaq üçün uyğun səth və mühit temperaturu təmin olunmalıdır.
  • Məhsulun yüksək hava cərəyanı olan mühitdə istifadəsi zamanı tərkibindəki suyu sürətlə itirdiyi üçün vaxtından əvvəl bərkimə və quruma halları yaranar. Nəticədə divarda müqavimətsizlik, tozlanma və çatlamalar yaranar. Daha sonra üzərinə çəkilən üzlük suvaq gipsində də tozlanma, çatlama və tökülmələr müşahidə olunar. Bunun qarşısnı almaq üçün cərəyan axını mütləq kəsilməlidir.
  • Alət və avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Təmiz olmayan alət və avadanlıqlar qarışığın bərkiməsini sürətləndirdiyi üçün işləmə müddətini qısaldır.
  • Çirkli və başqa qatqılar qatılmış sudan istifadə edilməməlidir. Bu zaman məhsulun istifadə müddəti azala bilər və ya həddindən çox uzana bilər.
  • Palçıq hazırlanan zaman astar suvaq gipsinin içərisinə başqa materiallar və ya başqa firma məhsullarından qarışdırmaq olmaz. İstehsal texnologiyası və qatqılar fərqli tərkibdə olduğu üçün ciddi fəsadlar törənə bilər.
  • Məhsulun tətbiq qaydalarına əməl olunmadığı təqdirdə sonradan divarda qopma, tökülmə, çatlama və tozlanma kimi halların müşahidə olunması qaçınılmazdır. Məhsulun istifadəsi mütləq təlimat əsasında aparılmalıdır.
  • Astar suvaq gipsinin istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə qatqılarla zənginləşdirildiyi üçün uzun müddət dəri ilə təmasından qaçınmaq lazımdır. Bunun üçün qoruyucu əlcəklərdən istifadə olunmalıdır. Məhsulun gözə təmas etməsi zamanı bol su ilə yumaq lazımdır.

5 mm qalınlıqda təqribən 5-6 kq/m² astar suvaq gipsi sərf olunur. Qalınlığa bağlı olaraq 1 kisə astar suvaq gipsi məhsulunu 3-5 m² sahədə istifadə etmək olar.

Paketlənmiş kisələrin döşəməyə toxunmaması şərti ilə, qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla quru anbarlarda 3 ay saxlanıla bilər.

Yuxarıdakı göstəricilər +23ºC   ±2ºC temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.